Di Maria karyerasını bitirmək istəyir

22.08.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış argentinalı cinah hücumçusu, hazırda ölkəsinin "Rosario Sentral" klubunda çıxış edən Anxel Di Mariya Libertadores Kubokunun 1/8 final mərhələsinin "Korintians"a qarşı cavab oyunundakı (0:1) məğlubiyyətdən sonra karyerasını bitirmək istədiyini açıqlayıb.

Fanat.Az UOL-a istinadən xəbər verir ki, 38 yaşlı vinger ötən ilin yayından çıxış etdiyi "Rosario Sentral" ilə müqaviləsinin müddətini bir neçə gün öncə daha 1 il uzadıb. 

"Transfermarkt" portalı onun transfer qiymətini 1 milyon 800 min avro məbləğində qiymətləndirilir.

Di Mariya daha əvvəl Portuqaliyanın "Benfika", İtaliyanın "Yuventus", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real Madrid" klublarında top qovub.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью