Di Mariya 18 dəqiqəyə hettrik etdi

24.11.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

Portuqaliya kubokunda 1/16 finalın oyunları keçirilir.

QOL.az xəbər verir ki, "Benfika" bu tur "Eştrela" ilə qarşılaşıb və 7:0 hesablı qələbə ilə 1/8 finala yüksəlib.

"Benfika"nın futbolçusu Anhel Di Mariya oyunda het-trik edib. 36 yaşlı hücumçu 18 dəqiqəyə rəqib qapısından 3 top keçirib. Qollardan birini isə Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu vurub. Bununla da o, "Benfika"da bütün turnirlərdə meydana çıxdığı 12-ci matçında vurduğu qol sayını 9-a çatdırıb.

"Benfika" - "Eştrela" - 7:0

Qollar: Di Mariya, 2, 5, 18, Aktürkoğlu, 60, Amduni, 81, Kabral, 86, 90 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью