Di Mariya DÇ 2026 nın finalına getməkdən imtina etdi: “Dəlisiniz?”

18.07.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina millisinin sabiq futbolçusu Anxel Di Mariya DÇ-2026-nın İspaniyaya qarşı final oyununa getmək niyyətində olmadığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, o, komandasına uğursuzluq gətirmək istəmədiyi üçün tribunada olmayacağını deyib.

"Finala getmək? Yox, dəlisiniz? Əsla getməyəcəyəm. Göz dəyməsini istəmirəm. Evdə qalacağam və oyunu televiziyadan izləyəcəyəm. Uşaqlar yaxşı bilirlər ki, ilk matçdan etibarən onları dəstəkləyirəm", – deyə Di Mariya bildirib.

İspaniya ilə Argentina arasında dünya çempionatının finalı iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının son qalibidir. Komanda DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək çempion olub.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью