futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Argentinalı futbolçu Anxel Di Mariyanın formasını geyindiyi “Rosario” ölkə çempionu elan edilib.
Futbolpress.az xəbər verir ki, 16 oyundan sonra B qrupnda lider olan komanda mövsümün ikinci hissəsinin nəticələrinə görə ən çox xal toplayan kollektiv olduğu üçün qalib adını qazanıb.
Argentina klubları “Rosario”nun çempionluğuna qarşı çıxıb. Buna səbəb yerli liqada qarşıda hələ pley-off oyunları olacaq və yekun çempion məhz burdan bəlli olacaq.
“Rosario” çempion elan edilməklə yanaşı, həm də Libertadores Kubokuna da vəsiqə qazanıb.
Bu, Di Mariyanın karyerasındakı 37-ci titul olub.