Di Stefanonun 71 illik rekordunu qırdı

15.05.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real"ın futbolçusu Kilian Mbappe La Liqanın tarixinə düşüb.

QOL.az xəbər verir ki, fransalı hücumçu debüt mövsümündə La Liqada ən çox qol vuran futbolçu olub.

"Mayorka" ilə görüşdə 28-ci dəfə fərqlənən Mbappe 1953/54 mövsümündə 27 qol vurmuş əfsanəvi Alfredo Di Stefanonu arxada qoyub. İvan Samarano 1992/93, Kriştiano Ronaldo isə 2009/10 mövsümlərində 26 dəfə fərqləniblər.

Bundan başqa, Kilian həm də klub tarixində debüt ilində 40 qol vuran ilk oyunçu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью