DİA ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

03.02.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 fevral, AZƏRTAC

Türkiyə Respublikasının ölkəmizdəki səfiri Birol Akgün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ali təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.

DİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor akademik Urxan Ələkbərov iki qardaş ölkə arasında əməkdaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və bu əlaqələrdə təhsil sahəsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Səfir Birol Akgün Dövlət İdarəçilik Akademiyası ilə yaxından tanışlığının onda yüksək təəssürat yaratdığını vurğulayıb, elm və təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Görüş iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərinin və qarşılıqlı təşəbbüslərin müzakirəsi ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью