Diabetdən qorunmanın YOLLARI: Çox gəzin və boşqabı üç hissəyə bölün | Icma.az
Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir. Diabet əsrin ən çox yayılmış xəstəliklərindən biridir.
2-ci tip diabet isə ölümə səbəb olan dörd əsas xəstəlikdən biri sayılır. Son məlumatlara görə, dünyada 425 milyon insan diabet xəstəsidir.
Mütəxəssislərin fikrincə 2045-ci ilə qədər bu rəqəm 736 milyona çatacaq. Eyni zamanda diabet xəstəliyi təəssüf ki, ildən ilə cavanlaşır.
Diabet riskini azaltmaq üçün nə etməli və xəstələrin sağlamlığını qorumaq üçün hansı tədbirlər görmək lazımdır?
Publika.az oxucuları bu barədə aparılan ən son elmi və tibbi məlumatların nəticələri ilə tanış edir.
Körpələri ana südü xilas edir 1-ci tip diabetdə insanın immunitet sistemi pisləşir, insulin mədəaltı vəzinin beta hüceyrələrini məhv edir.
Nasazlığın səbəbləri hələ də məlum deyil. Odur ki, alimlər hələlik xəstəliyi tamamilə aradan qaldıracaq bir mexanizm tapa bilmirlər.
Bu anda yalnız dərman müalicəsi və ya pankreas (mədəaltı vəzi) toxumasının transplantasiyası ilə müalicə üsulu təklif edilir.
Tam oxu
Xəbəri oxu