Diabetin ilkin mərhələsinin gizli əlamətləri

26.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

2-ci tip diabet illərlə aşkarlanmadan inkişaf edə bilər. Prediabet isə çox vaxt spesifik simptomlarla müşayiət olunmur. Risk faktorları olan şəxslərin mütəmadi müayinədən keçməsi xəstəliyin erkən aşkarlanmasına kömək edir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, “SM-Uşaqlar” Klinikasının endokrinoloqu Daria Xaykina açıqlamasında bildirib ki, qan şəkərinin səviyyəsi normadan yüksək olsa belə, insan özünü sağlam hiss edə bilər.

Həkimin sözlərinə görə, davamlı yorğunluq, gecələr də artan susuzluq, tez-tez sidiyə getmə, ağız quruluğu, bulanıq görmə, dəridə qaşınma və yaraların gec sağalması diabetin mümkün ilkin əlamətləridir. Təkrarlanan göbələk və sidik yolları infeksiyaları da karbohidrat mübadiləsində pozğunluğa işarə edə bilər.

Xaykina qeyd edib ki, boyun, qoltuqaltı və qasıq nahiyəsində dərinin qaralması və qalınlaşması insulin müqavimətinin əlaməti ola bilər. Şirniyyata güclü istəyin isə diabetin etibarlı göstəricisi olmadığını vurğulayıb.

Artıq çəkisi, aşağı fiziki aktivliyi, yüksək arterial təzyiqi, lipid mübadiləsi pozğunluğu və ailəsində diabet xəstəliyi olan şəxslər risk qrupuna daxildir. Həkim diabetin aşkarlanması üçün acqarına qlükoza və qlikozlaşmış hemoglobin analizlərini tövsiyə edib. Güclü susuzluq, tez-tez sidiyə getmə və qəfil çəki itkisi müşahidə olunarsa, həkimə müraciət edilməlidir. Qusma, qarın ağrısı, yuxululuq və nəfəsalma çətinliyi isə təcili tibbi müdaxilə tələb edən əlamətlərdir.

Bundan əvvəl alimlər gün ərzində qısa gəzintilərin qan şəkərinin daha yaxşı tənzimlənməsinə kömək etdiyini müəyyən ediblər. Oturma müddətini müntəzəm gəzintilərlə bölən iştirakçılarda qlükoza tənzimlənməsi yaxşılaşıb.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью