Diabetin müalicəsi istiqamətində mühüm addım

11.01.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İsveç alimləri 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım atıblar.

Oxu.Az xəbər verir ki, dünyada ilk dəfə olaraq bu xəstəliyə yoluxmuş şəxsə immunosupressiv preparatların istifadəsini tələb etməyən genetik modifikasiya olunmuş hüceyrələr köçürülüb. Bu kəşf yeni, təhlükəsiz və effektiv müalicə metodunun işlənib hazırlanması üçün əsas ola bilər.

Eksperimentdə iştirak edən xəstə immuniteti zəiflədən preparatlar qəbul etmədən bazuönü (dirsəklə bilək arasındakı hissə) əzələlərinə yerləşdirilən hüceyrələr əldə edib. Bir aydan sonra hüceyrələr fəaliyyət göstərərək insulin istehsal edib ki, bu da onların qəbul olunduğunu göstərir.

Tədqiqatın növbəti mərhələsi donor hüceyrələrin sayı məhdud olduğundan onların kütləvi istehsalı texnologiyasının hazırlanmasıdır. Əgər gələcək tədqiqatlar eyni dərəcədə uğurlu nəticələr göstərsə, yeni hüceyrə terapiyası 1-ci tip diabet üçün inqilabi müalicəyə çevrilə bilər. Onun 5-10 il ərzində geniş istifadə olunacağı gözlənilir.

Ətraflı Baku TV-nin süjetində:

Diabetin müalicəsi istiqamətində mühüm addım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью