Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Diaqnoz Tibb Mərkəzinin həkim-radioloqu, Tibb üzrə fəlsəfə doktoru Aydın Mirzəyev Avropanın ən nüfuzlu elmi tədbirlərindən biri olan European Congress of Radiology (ECR 2026)-ya fərdi rəsmi dəvət almışdır.
"Unikal" xəbər verir ki, bu dəvət Aydın Mirzəyevin elmi fəaliyyəti və peşəkar təcrübəsinin beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir və Azərbaycan tibb elminin beynəlxalq platformada təmsil olunması baxımından mühüm əhəmiyyət kəsb edir.