Dias Liverpul ilə Barselona arasında hələ seçim etməyib

06.06.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kolumbiya yığmasının düşərgəsində olan ''Liverpul''un ulduzu Luis Dias gələcəyi ilə bağlı diqqətçəkən acıqlamalar verib.
27 yaşındaki vingerə ''Barselona''nın ciddi maraq göstərdiyi məlumdu. Mersisaydlıların heyətində xoşbəxt olduğunu bildirən Dias buna rəğmən başqa klublarla danışıqlar apardığını da gizlətməyib:

''Liverpul''da çox xoşbəxt olduğumu hər zaman dilə gətirmişəm. İlk gündən bu klubda çox gözəl qarşılandım və sevildim. Amma hazırda bəzi klublarla danışıqlar aparırıq ki, bu da normaldı. Çünki transfer dönəmi başlayır. Hər futbolçu özü üçün ən yaxşı variantı seçmək istəyir. ''Barselona''? Biz də gözləmə mövqeyindəyik. Nə olacağını görəcəyik. Alınacağına ümid edirəm. Ancaq digər tərəfdən ''Liverpul'' bizə daha yaxşı şərtlərlə yeni bir müqavilə təklif etsə, qalan iki ilimi də burda böyük məmnuniyyətlə keçirərəm. Bu artıq klubun özündən asılıdı. Biz sadəcə variantlar arasında ən yaxşısını dəyərləndirmək istəyirik''.


''Liverpul'' ilə 2027-yə qədər müqaviləsi olan Dias geridə qoyduğumuz mövsümdə 50 rəsmi oyunda iştirak edərək 17 qol, 5 məhsuldar ötürməlik performans sərgiləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью