Diaspor gənclərimiz Beynəlxalq Assambleyada

28.07.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Diaspor Gəncləri (ADG) avqustun 12-14-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək Beynəlxalq Gənclər Assambleyasında iştirak etmək hüququ qazanıb. Assambleyada ölkəmizi ADG-nin 5 gənc üzvü təmsil edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib ki, avqustun 12-də – Beynəlxalq Gənclər Günündə başlayacaq Assambleya dünyanın 100-dən çox ölkəsindən 500-dən artıq gənc lideri bir araya gətirəcək.

Tədbirdə iştirakçılar arasında bilik və təcrübə mübadiləsinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində dialoq və tərəfdaşlıqların gücləndirilməsi, həmçinin qlobal çağırışların həllinə yönəlmiş innovativ təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью