Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin 12–14 avqust tarixində İsveçrənin Cenevrə şəhərində keçirilən və müxtəlif ölkələrdən gəncləri bir araya gətirən 31-ci AFS Gənclər Assambleyası uğurla başa çatıb.
Assambleyaya Azərbaycan Diaspor Gənclərinin Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadan olan 5 üzvü qatılıb. Məclis çərçivəsində gənclər dayanıqlı inkişaf, qlobal vətəndaşlıq, liderlik, gənclərin qərar qəbuletmə proseslərində rolu, beynəlxalq əməkdaşlıq və multikultural dəyərlər mövzularında keçirilən panel müzakirələrdə, təlim sessiyalarında və interaktiv proqramlarda fəal iştirak ediblər. 31-ci AFS Gənclər Assambleyasında iştirak Azərbaycan diaspor gənclərinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin beynəlxalq gənclər platformalarında tanıdılması baxımından mühüm nəticələrlə yadda qalıb.
XQ