Diaspor Könüllüləri üçün xaricdə təhsillə bağlı təlim keçirilib

20.05.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diasporla İş üzrə Dövlət Komitəsində “Diaspor Könüllüləri” proqramının iştirakçıları üçün xaricdə təhsil mövzusunda maarifləndirici təlim keçirilib.

Təhsil üzrə ekspert, diaspor fəaliyyətində aktiv  iştirak edən Fatimə Mehdizadə iştirakçılara dünyanın aparıcı universitetlərinə qəbul prosesi, təqaüd imkanları, ərizə və motivasiya məktublarının hazırlanması barədə məlumat verib. Eyni zamanda xaricdəki tələbə həyatı ilə bağlı fikirlərini bölüşüb. O, gənclərə uğurlu təhsil strategiyaları və planlama yolları haqqında danışıb.

Komitədən bildirilib ki, interaktiv şəkildə keçən təlim zamanı iştirakçılar suallar ünvanlayıb, qarşılıqlı fikir mübadiləsi aparıblar.

Təlimdə komitədə təcrübə keçən gənclər də iştirak edib.

Tədbirin sonunda iştirakçılar belə maarifləndirici sessiyaların davamlı təşkil olunmasının vacibliyini xüsusi olaraq qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью