Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə hazırlanıb) Hər bir digər dövlət kimi Azərbaycan dövlətinin xaricdəki maraqlarının təmin edilməsində lobbi və diaspor təşkilatlarının da mühüm rolu vardır.
Müstəqillikdən üzü bəri dünyanın əksər ölkələrində Azərbaycan diaspor təşkilatları yaranaraq fəaliyyət göstərir.
70-dən çox ölkədə 300-dən çox diaspor təşkilatı və 15 Koordinasiya Şurası fəaliyyət göstərir.
Ötən müddət ərzində diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində bir sıra uğurlara imza atıblar.
Bu fəaliyyət xüsusən də 44 günlük müharibədə əldə edilən Zəfərdən sonra daha böyük əhəmiyyət kəsb edib.
Görəsən, diaspor təşkilatları son dövrlər hansı nailiyyətlərə imza atıblar?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, son dövrlər diaspor fəaliyyətində Azərbaycan dövləti yeni keyfiyyət dəyişikliklərinə nail olub: "Diaspor təşkilatlanması hər bir xalqın milli gücünün mühüm komponentlərindən birini təşkil edir.