Diaspor rəhbərinin “Tarqovu”da hoteldə meyiti tapıldı FOTO

28.01.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar əyalətində fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.

Ailə üzvlərinin məlumatına görə, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub:

“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью