Diaspora sədri: İranda yaşayan soydaşlarımızın Azərbaycan türkçəsinə daha böyük çıxışı olmalıdır

18.01.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biz istəyirik ki, İranda yaşayan soydaşlarımızın Azərbaycan türkçəsinə daha böyük mənada çıxışı olsun.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycan Diaspora Komitəsinin sədri Fuad Muradov bildirib.

O qeyd edib ki, İranla müqayisədə Türkiyədə Azərbaycan mədəniyyətinin təbliğatı ilə bağlı çox sayda dərnək mövcuddur: “Güney azərbaycanlılarımız harada yaşamalarından asılı olmayaraq Azərbaycan dilini inkişaf etdirsinlər. Biz bu prosesə dəstək veririk, istəyirik ki, bütün xalqların öz dilində danışmaq, öyrənmək hüququ varsa, eyni qaydada İranda da olmalıdır. Bu istiqamətdə soydaşlarımızla birlikdə çox ciddi işlər həyata keçiririk”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью