Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır

23.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 23 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

AZƏRTAC xəbər verir ki, DİDK nümayəndə heyəti və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Tbilisi şəhərindəki Heydər Əliyevin adını parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyini ziyarət edən nümayəndə heyətinin, həmçinin Marneuli, Bolnisi, Dmanisidə rayon rəhbərliyi, eləcə də bu rayonlarda fəaliyyət göstərən icma mərkəzlərində görüşlər keçiriblər.

Nümayəndə heyətinin üzvlərinin səfəri davam edir.

Onların Rustavi, Saqareco, Qardabani və Laqodexi rayonlarında fəaliyyət göstərən icma mərkəzləri və adıçəkilən rayonların rəhbərliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью