Dibala ilə müqavilə uzadıldı

27.01.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Roma” futbolçusu Paulo Dibalanın müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, argentinalı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb. Bu barədə klubun idman direktoru Floran Qisolfi məlumat yayıb:

“Rəsmi olaraq deyə bilərik ki, Dibalanın müqaviləsi uzadılıb. O, bizim üçün vacib oyunçudur və komandanın liderlərindəndir”.

Dibala 2022-ci ilin yayından “Roma”da çıxış edir. O, bu mövsüm 24 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью