Dibala qərarını verdi: “Roma”da qalır

07.07.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İtaliyanın “Roma” futbol klubunun hücumçusu Paulo Dibala komanda ilə yeni müqavilənin bütün şərtlərini razılaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Chiesa Di Totti” məlumat yayıb. Argentinalı futbolçunun sözləşməni uzadacağına dair tərəflər arasında heç bir şübhə olmayıb.

Dibala “Roma”da qalaraq Çempionlar Liqasında çıxış etmək istəyir. Yeni müqavilə isə futbolçunun maaşının azaldılması şərti ilə hazırlanıb.

32 yaşlı hücumçu 2022-ci ildən paytaxt klubunun formasını geyinir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью