Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Roma”nın hücumçusu Paulo Dibala karyerasını Argentinanın “Boka Xuniors” klubunda davam etdirmək niyyətindədir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun “Roma” ilə müqaviləsinin müddətinin uzadılması yüksək maaşı səbəbindən sual altındadır.
Dibalanın hazırkı sözləşməsinin müddəti gələn yay başa çatacaq. Bu səbəbdən, o, Argentinaya qayıtmağa açıqdır.
31 yaşlı forvard 2022-ci ildən “Roma”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Levandovski gələn il futbolçu karyerasını başa vura bilər "Barsa"nın sabiq futbolçusu dələduzluqla ittiham olunur Cerrard İngiltərəyə qayıda bilər Zidan məşqçiliyə qayıdacağını açıqlayıb Nigeriyada futbol faciəsi: Futbolçu matç zamanı bıçaqlanıb