Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dibaladan yeni müqavilə iddialarına cavab
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Argentinalı hücumçu Paulo Dibalan "Roma" ilə müqaviləsini uzadacağına dair xəbərlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, onun paytaxt təmsilçisi ilə hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.
32 yaşlı fovard "Roma" ilə heç bir danışıqlar aparmadıqlarını söyləyib:
"Hazırkı müqaviləmə görə, növbəti oyun "Roma"dakı sonuncu matçım olacaq. Müqavilə iyun ayında bitir və "Roma"dan heç kim mənə müqavilənin uzadılması ilə bağlı müraciət etməyib".
Qeyd edək ki, Dibala 2022-ci ildən "Roma"nın formasını geyinir.