Diddi işi ndə yeni dönüş: Reper hücuma keçir | Icma.az
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddi (əsl adı - Şon Kombs) əks-hücuma keçib - onu zorakılıqda ittiham edən qadınlara qarşı qarşılıqlı iddia qaldırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "People" nəşri öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilib ki, fevralın 4-də "Ceyn Dou" şərti adı altında iki qadın məhkəməyə iddia ərizəsi verib.
Hər iki qadın 1990-cı illərdə hip-hop səhnəsində fəal olub və tez-tez reperlə qarşılaşıb.
Onlardan biri Diddinin bir neçə ştatda ona qarşı cinsi zorakılıq törətdiyini bildirib.
Qadın Kombsun onu evindəki qonaqlığa xidmət göstərmək üçün işə götürdüyünü deyib.
O iddia edib ki, ifaçı ona içki verib, bundan sonra o, huşunu itirib və təcavüzə məruz qalıb.
Tam oxu
Xəbəri oxu