Didye Deşam: Bütün rəqiblərimizə hörmət edirik

09.10.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin heyətində UEFA Çempionlar Liqasına yaxşı başlayan "Qarabağ"ın 7 futbolçusu var. Sport24.az xəbər verir ki, bunu mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

O, hədəflərinin sabah qələbə qazanmaq olduğunu vurğulayıb:

"Meydana "100 faiz qələbə qazanacağıq" düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdi. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində UEFA Çempionlar Liqasında uğurlu start götürən "Qarabağ"ın 7 futbolçusu yer alıb. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik".

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью