Didye Deşam: “Daha çox qol vura bilərdik”

11.10.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Didye Deşam oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Fransa 3:0 qalib gəldi. Birinci hissədə gördükləriniz sizi qane edir?
- İstədiyimiz nəticəni əldə etdik. Amma xeyr, qnae etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq az idi. İstədiklərimizi etməyə çalışdıqda çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik. Rəqibi çətinliyə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacam. Daha çox qol vura bilərdik.

- Tovenin qol vurması haqda nə deyərdiz?
- Bizim üçün də, onun üçün də yaxşıdır. Özü üçün geridönüşdür. Qol vurmaq keyfiyyəti var. Top ayağına gəldisə, fərqlənməyə çalışan bir oyunçudur. Məmnunam ki, bu matçda qol vura bildi.

DÇ-2026: Danimarkadan 6, Avstriyadan 10 cavabsız qol - YENİLƏNİB Amputant futbolu üzrə Millətlər Liqasının bəzi oyunları Bakıda keçiriləcək Ukrayna yığması Azərbaycanla oyundan öncə daha iki itki ilə üzləşib Azərbaycanın U-17 millisinin heyəti bəlli olub Yığmamızın Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti açıqlanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью