Didye Deşam İngiltərə klubunun təklifini qəbul etmədi

06.11.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa milliinin keçmiş baş məşqçisi Didye Deşam "Mançester Yunayted"ə rəhbərlik etməkdə maraqlı deyil. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

İngilis klubunun rəhbərliyi Maykl Kerriki əvəz edə biləcək namizəd qismində Fransa yığmasının sabiq çalışdırıcısı ilə əlaqə saxlayıb.

58 yaşlı mütəxəssis lazımi təcrübəyə malik, ən yüksək səviyyədə qələbələr qazanmış namizəd kimi nəzərdən keçirilirdi. Bundan əlavə, Deşam hazırda heç bir klubda işləmədiyi üçün "Yunayted" onu təyin etmək məqsədilə heç bir təzminat ödəməli olmayacaqdı.

Lakin fransalı mütəxəssis "Mançester Yunayted"in təklifini geri çevirib. Deşam klub səviyyəsində sonuncu dəfə "Marsel"də çalışıb və 2012-ci ildə bu komandadan ayrılıb.

"Mançester Yunayted"in baş məşqçisi postu üçün adı hallanan digər namizədlər arasında Unai Emeri, Yulian Nagelsman və Eddi Hau da var.

Bu arada, hazırda "Aston Villa"ya rəhbərlik edən Emeri Birmingem təmsilçisi ilə yeni və daha sərfəli müqavilə imzalamağa yaxındır. Nagelsman "qırmızı şeytanlar"la danışıq aparmaqda maraqlı olmadığını göstərib. Eddi Hau Kerrik vəzifəsindən azad edilərsə, əsas namizədlərdən biri olaraq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью