Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
İdman.Biz bildirir ki, Mbappe 2026-ci il dünya çempionatında iki oyunda dörd qol vurub.
“Deyə bilərəm ki, o, özünə qarşı çox tələbkardır.
Kilian üçün narahat deyiləm. O, burada qol vurmaq üçündür və edir. O, həm meydanda, həm də meydandan kənarda kapitandır.
Onun haqqında, eqoistliyi ilə bağlı kifayət qədər tənqid eşitmişəm, amma bu, ona aid deyil. O, kapitandır və bütün komanda üçün əla nümunə göstərir. Onun üçün ən vacib olan səmərəlilikdir.
Rekordlar qırılmalıdır.
O, milli komandada 100 oyuna çatıb və daha çox qol vuracaq. Növbədə Messi, Ronaldu var... Kilian bu yaşa çatana qədər oynayacağına əmin deyiləm, amma meydanda olduğu müddətdə həmişə çoxlu qol vuracaq.
O, standartları daha da yüksəltməyə qadirdir”, - deyə Didye Deşam bildirib.
Fransa millisi DÇ-2026-da iki oyundan sonra 6 xal toplayaraq pley-offa çıxışı təmin edib.
Kilian Mbappe dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdırıb. O, bu göstəriciyə görə lider Lionel Messidən iki qol geri qalır.