Didye Deşam Norveçlə matçda iştirak edə bilməyəcək səbəbi bəllidir

24.06.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Didye Deşam 2026 dünya çempionatında komandanın düşərgəsini tərk edib.

Sportal.az xəbər verir ki, Fransa millisinin baş məşqçisi anasının vəfatı səbəbilə ölkəsinə qayıdacaq və dəfn mərasimində iştirak edəcək.

Məlumata görə, o, Norveç millisi ilə 26 iyunda keçiriləcək 3-cü tur oyunu buraxacaq. Bu matçda baş məşqçi vəzifəsini onun köməkçisi Quy Stefan yerinə yetirəcək.

Fransa Futbol Federasiyası (FFF) bildirib ki:

“Bu son dərəcə ağır anda məşqçiyə və onun ailəsinə güc arzulayırıq və federasiya adından dəstəyimizi ifadə edirik.”

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью