Didye Deşamın postundan gedəcəyi tarix müəyyənləşib

08.01.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Didye Deşamın Fransa millisinin baş məşqçisi postunu tərk edəcəyi vaxt bəlli olub. Sport24.az xəbər verir ki, bunu mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, DÇ-2026-dan sonra 2012-ci ildən tutduğu postu tərk edəcək. Deşam yığmanın "sükanı arxası"nda 14 il işlədikdən sonra komandadan ayrılacaq.

Qeyd edək ki, Fransa millisi Deşamın rəhbərliyi altında DÇ-2018 və Millətlər Liqasının 2021/22 mövsümünün qalibi, AVRO-2016 və DÇ-2022-nin gümüş mükafatçısı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью