sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dieqo Forlan Uruqvay millisinin baş məşqçisi kimi ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Uruqvay yığması bu gün Yaponiyada keçiriləcək qarşılaşmada meydan sahibləri ilə üz-üzə gələcək. Bu matç Forlanın milli komandanın baş məşqçisi postunda ilk sınağı olacaq.
Forlanın ilkin olaraq bu beynəlxalq fasilədə və noyabrda keçiriləcək oyunlarda komandaya rəhbərlik edəcəyi bildirilir. Daha sonra isə yanvar və fevral aylarında Cənubi Amerika çempionatında U-20 millisinin baş məşqçisi kimi fəaliyyət göstərəcək.
Uruqvay yığmasının heyətində son dünya çempionatında iştirak edən bir çox futbolçu yer alacaq. Lakin "Real"da çıxış edən Federiko Valverde zədə səbəbindən komandaya qoşulmayıb. Luis Suares isə Forlanla görüşdən sonra hələlik milli komandaya qayıtmayacağını açıqlayıb. Forlan mətbuat konfransında Uruqvayın layiq olduğu yerə qayıtmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Dieqo Forlan futbolçu karyerası ərzində "Vilyarreal" və "Atletiko" ilə iki dəfə Avropanın "Qızıl buts" mükafatını qazanıb. O, 2011-ci ildə Uruqvay millisinin heyətində Amerika Kubokunun qalibi olub, 2010-cu il dünya çempionatında isə turnirin ən yaxşı futbolçusu seçilmişdir.