Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Çelsi”nin keçmiş hücumçusu Dieqo Kosta klubda işlədiyi müddətdə London klubunda çalışmış məşqçi Antonio Konte haqqında danışıb.
İdman.Biz bildirir ki, Konte 2016-cı ildən 2018-ci ilə qədər “Çelsi”yə rəhbərlik edib. Onun rəhbərliyi altında London klubu İngiltərə çempionu və İngiltərə Kubokunun qalibi olub.
“O, hər şeyə görə mənə təşəkkür etdi və məndən istifadə etməyəcəyini dedi. Bunun arxasında xüsusi bir şey var idi. Məşqçinin əvvəlki mövsümdə ən çox qol vuran oyunçuya etibat etməməsi qəribədir.
O, həmişə əsəbi olur, heç vaxt sakitləşmir, onunla məşq etmək əyləncəli deyil... yəqin ki, heç bir cinsi həyatı yoxdur, çünki o, çox hirslidir.
Mən çox təəssüf hisi keçirirəm, çünki “Çelsi”də çox xoşbəxt idim. Bütün oyunçular məni geri çağırsalar da, və hamı ondan nifrət etsə də, klubda problem yaratmaq istəmirdim. Buna görə də o, çox qalmadı, amma ona həyatda ən yaxşısını arzulayıram”, - Kosta “The Obi One Podcast” YouTube kanalına verdiyi müsahibədə deyib.