Dieqo Simeone İspaniya futbolunun tarixinə düşüb

24.11.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya futbolu tarixinə düşüb. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid klubunu baş məşqçi kimi 700-ci dəfə meydana çıxarıb.

O, bir komanda ilə bu həddə çatan ilk məşqçi olub. Yubiley matçı İspaniya çempionatının 14-cü turunda "Alaves"lə görüşə təsadüf edib. Madridlilər əzmkar qələbə qazanaraq, Dieoqaya hədiyyə ediblər.

Qeyd edək ki, "Atletiko" Simeonenin rəhbərliyi keçirilən oyunlarda 413 qələbə qazanıb, 156 dəfə heç-heçə oynayıb, 131 görüşdə uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью