sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Real" ın və "Barselona"nın baş məşqçiləri Karlo Ançelotti ilə Hans-Diter Flik İspaniya çempionatında ən çox maaş alan ilk 3 məşqçi arasındadır.
Sport24.az xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb. Ançelottinin maaşı, aylıq 910 min avrodur.
Onun Barselonadakı həmkarı Hans-Dieter Flick bir qədər az alır - 830 min avro.
İspaniya La Liqasında ən çox maaş alan baş məşqçi isə Madrid "Atletiko"sunu çalışdıran Dieqo Simeonedir.
Argentinalı mütəxəssisin aylıq məvacibi 2,17 milyon avro təşkil edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.