Dietoloq: Muskat qozu şüuru poza bilər

17.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həddindən artıq muskat qozu istehlakı nevroloji və psixi pozğunluqlara, eləcə də ürək döyüntüsünün artmasına səbəb ola bilər.

Bakıvaxti.az "Moscow 24"ə istinadən xəbər verir ki, bunu kardioloq və dietoloq Tatyana Zaletova deyib.

Onun sözlərinə görə, bu təsir muskat efir yağında olan miristin maddəsi ilə bağlıdır:

"Simptomlar istehlakdan 1-6 saat sonra ortaya çıxa bilər. Mümkün əlamətlərə çaşqınlıq, ürəkbulanma, bəbəklərin genişlənməsi və taxikardiya daxildir. Ağır hallarda nəbz dəqiqədə 140-ı keçə, stupor və qeyri-ixtiyari əzələ yığılmaları baş verə bilər".

Zaletova vurğulayıb ki, ədviyyat kimi satılan muskat qozu çox miqdarda qəbul edildikdə zəhərli ola bilər. Ona görə də muskat qozunu yeməklərə yalnız az miqdarda - məsələn, bıçağın ucunda əlavə etmək tövsiyə olunur.

Mütəxəssis həmçinin qeyd edib ki, muskat qozu allergiyaya da səbəb ola bilər. Reaksiya adətən yeməkdən dərhal sonra özünü göstərir. Bu əlamətlərə qaşınma, üzün və ya dilin şişməsi, qarın ağrısı, ürəkbulanma, öskürək və nəfəs almaqda çətinlik kimi hallar daxildir.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью