Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin

15.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Diyetoloq Andrea Matis təyyarədə uçuş zamanı bəzi içkilərdən uzaq durmağı tövsiyə edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Infobae" məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, alkoqol, qəhvə, çay və enerji içkiləri susuzluğa və narahatlığın artmasına səbəb ola bilər. Qazlı içkilər isə uçuş zamanı qarında şişkinliyi gücləndirə bilər.

Bundan əlavə, həkim südlü kokteyl və qatı smuzilərin həzm problemlərinə yol aça biləcəyini bildirib. Onun fikrincə, uçuş zamanı daha yüngül içkilərə üstünlük vermək məqsədəuyğundur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью