“Difai” “Hypers Guba” matçının vaxtı və yeri açıqlanıb

23.05.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda pley-off oyununun yeri və vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Cari mövsüm I Liqada 9-cu yeri tutan klubla II Liqada 4-cü olan komanda arasında matç mayın 28-də keçiriləcək. “Difai” ilə “Hypers Guba” arasında qarşılaşma "ASCO Arena"da baş tutacaq. Oyun saat 16:00-da başlayacaq.

Matçla əlaqədar mayın 26-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq. Tədbir saat 11:00-da başlayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью