Difai ilə vidalaşdı, özünə yeni iş yeri tapdı

10.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Ötən mövsüm 1-ci Liqadakı mübarizəni sonuncu yerdə başa vuraraq 2-ci Liqaya düşən "Difai"nin futbolçularının əksəriyyəti özünə yeni iş yeri tapıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, feridə qalan "futbol ili"ni "fədailər"in sıralarında keçirən müdafiəçi Əsgər Hüseynov da 2-ci Liqada top qovmaq niyyətindən uzaqdır.

Əsgər hazırda "Mingəçevir"in düşərgəsindədir. Onunla 1 mövsümlük müqavilə bağlanacağı gözlənilir.

 Bu yay Ramiz Məmmədovla vidalaşan "işıqçılar" isə yeni mövsümə Elman Sultanovun rəhbərliyi altında hazırlaşır.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью