Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan II Liqasında çıxış edən “Difai” futbol klubunun məşqçilər heyətində yeni təyinat gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Əli Hüseynov komandanın köməkçi məşqçisi vəzifəsinə gətirilib. O, bundan sonra əsas heyətin hazırlığında baş məşqçiyə yaxından köməklik göstərəcək.
“Difai” II Liqada geridə qalan 7 turun yekununa əsasən aktivindəki 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qararlaşıb.