Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
1-ci Liqa təmsilçisi "Difai"nin sabiq məşqçilərinə və futbolçularına borclu qaldığını, çempionat başlamamış yollarını ayırdığı Araz Bağırov və köməkçilərinin əmkhaqqılarını ödəmədiyini diqqətinizə çatdırmışdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bağırovdan sonra Hüseynqulu Quliyevi komandanın "sükanı arxası"na gətirən, lakin qısa müddətdən sonra onunla da vidalaşan "fədailər" vəziyyətdən çıxıblar.
Belə ki, Ağsu təmsilçisi artıq sabiq məşqçilərinin borclarını ödəyib.
Qeyd edək ki, hazırda 4 xalı olan "Difai" 1-ci Liqanın turnir cədvəlində 9-cu pillədə mövqe tutub.
Nihat