Difai Xaqani Məmmədovla vidalaşdı

10.02.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

I Liqada mübarizə aparan "Difai" baş məşqçisi ilə yolları ayırıb. Sport24.az Sportinfo.az-a istinadən xəbər verir ki, çempionatın son turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzan "fədailər"in Xaqani Məmmədovla işbirliyi sona çatıb.

Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Qeyd edək ki, Məmmədov ötən ilin noyabrın əvvəlində komandanın sükanı arxasına keçib. Qarabağ qazilərinin təmsilçisi ötən 3 ay ərzində onun rəhbərliyi ilə 5 xal toplayb. "Difai" bu müddət ərzində "Baku Sportinq"i 2:0 hesabı ilə üstələyib, "Mingəçevir" və "Karvan"la heç-heçə edib. 14 tura 9 xal toplayan komanda hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью