Difaidən əzmkar geridönüş, Qəbələ” liderliyə yüksəldi, YENİLƏNİB

28.11.2024

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün futbol üzrə Azərbaycan 1-ci Liqasında növbəti 2 oyun keçirilib. 

Apasport.az xəbər verir ki, matçlardan biri Şamaxıda, digəri isə Yevlaxda baş tutub. 

"Şamaxı OİK" stadionunda "Difai" "Mingəçevir"i qəbul edib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
Xaqani Məmmədov "Difai"nin baş məşqçisi kimi ilk matçına çıxıb. Hesabda 1:3 geriyə düşən Ağsu təmsilçisi hesabı 3:3-ə gətirərək matçdan 1 xal qopartmağı bacarıb.

Turun mərkəzi matçında isə "Karvan" "Qəbələ" ilə münasibətlərə aydınlıq gətirib. "Qırmızı-qaralar" minimal qələbə ilə liderliyə yüksəlib.

Birinci Liqa

28 noyabr

14:30. "Difai" - "Mingəçevir" 3:3

"Şamaxı OİK"

14:30. "Karvan" - "Qəbələ" 0:1

Yevlax şəhər stadionu

"Neftçi" - "Qarabağ" oyununun hakim təyinatları bəlli oldu Abdullah Zubir: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim” Acunun komandası baş məşqçi ilə yollarını ayırıb Millimiz Rusiya yığması ilə üz-üzə “Qarabağ” “Lion”a qarşı – YENİLƏNİR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью