“Difai”nin baş məşqçisi: “Futbolçular “Sumqayıt”dan çəkinmədi”

04.12.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Difai” – “Sumqayıt” oyunundan (1:3) sonra “Difai”nin baş məşqçisi Aydın Qasımov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Görüşün ağır olacağını bilirdik. “Sumqayıt” yaxşı komandadır. Uşaqlar mübarizə apardılar, çəkinmədilər. Qol epizodları da yarada bildik.

– Bu heyət I Liqada qalmaq üçün yetərlidir?
– Gənc komandayıq. Heyəti gücləndirmək lazımdır. Yuxarı sıralar üçün mübarizə aparmağa çalışacağıq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью