Diferensial ƏDV Sistemi Azərbaycana nə vəd edir? ŞƏRH | Icma.az
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycanda tətbiq edilən 18%-lik əlavə dəyər vergisi (ƏDV) dərəcəsi uzun illərdir həm istehlakçılar, həm də sahibkarlar üçün ağır maliyyə yükü olaraq qalır.
Xüsusilə idxal yönümlü pərakəndə sektorda fəaliyyət göstərən sahibkarlar bu vergi yükünün təsirlərini daha çox hiss edirlər”.
Sfera.az xəbər verir ki, bunu iş adamı Elxan Mərdanlı fərqli ƏDV dərəcələrinin tətbiqinin əhəmiyyətini şərh edərkən bildirib.
E.Mərdanlı qeyd edib ki, idxal edilən məhsulların maya dəyərinə əlavə edilən 18 faizlik yüksək vergi satış qiymətlərinin artmasına səbəb olur və nəticədə sahibkarlar xarici bazarlarla rəqabətdə geri qalır.
“Halbuki, dünyanın aparıcı iqtisadiyyatları, məsələn, Çin və Türkiyə kimi ölkələr fərqli vergi dərəcələri tətbiq edərək iqtisadiyyatlarını dəstəkləyir və inkişafı stimullaşdırırlar”, - deyən iş adamı bu praktikanın Azərbaycanda da tətbiqini təklif edir.
Onun fikrincə, fərqli ƏDV dərəcələrinin tətbiqi idxalçı sahibkarlar üçün yeni üfüqlər aça və iqtisadi inkişafı sürətləndirə bilər: “Diferensial ƏDV sistemi müxtəlif məhsul və xidmətlər üçün fərqli vergi dərəcələrinin tətbiqini nəzərdə tutur.
Əsas məqsəd zəruri mallar üçün vergi yükünü azaltmaq, lüks istehlak məhsullarına isə daha yüksək vergi tətbiq etməklə dövlət gəlirlərini qorumaqdır.
Tam oxu
Xəbəri oxu