Difteriya təhlükəsi: 17 ölüm

10.08.2026

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Nigeriyanın şimalındakı Niger əyalətində difteriya epidemiyası səbəbindən on yeddi nəfər ölüb.

Medicina.az xəbər verir ki, Niger əyalətinin səhiyyə komissarı Murtala Baqana əyalətin Bida, Suleja və Şiroro rayonlarında difteriya hallarının artdığını bildirib.

Baqana bu ərazilərdə 124 difteriya hadisəsinin qeydə alındığını və onlardan 103-nün xəstəxanadan evə buraxıldığını bildirib.

Baqana difteriya epidemiyası səbəbindən 17 nəfərin öldüyünü bildirib:

“Mən hakimiyyət orqanlarını ictimai sağlamlığı qorumaq üçün dərhal yerli hökumətlə əlaqə saxlamağa çağırıram”.

Aygün

Medicina.az



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью