Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün günorta saatlarında Abşeron rayonu, Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, Səxavət Məmmədov adına tam orta məktəbin qarşısında üç uşağı və onların anasını maşın vurub.
"Ölən və yaralananlar var. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıblar. Bu yolda nə sürət həddini aşağı salırlar, nə də yola işıqfor qoyurlar", - deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova