“Digər problemlərinin həlli də vacibdir Rəy

19.10.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yeni subsidiya sistemində müasir suvarma üsullarından istifadə edən fermerlərə daha çox dəstəyin göstərilməsi nəzərdə tutulur. Bununla yanaşı, paxlalı bitkilərin və digər kənd təsərrüfatı məhsullarının istehsalına, həmçinin heyvandarlıq sahəsinə də subsidiyaların verilməsi planlaşdırılır. Ət istehsalının artırılması məqsədilə müəyyən çəkiyə çatdırılan heyvanlara çəki subsidiyasının verilməsi də nəzərdə tutulur. Bu dəyişikliklərin əsas məqsədi kənd təsərrüfatının inkişaf proqramının təmin edilməsidir və subsidiya sistemi də buna uyğunlaşdırılır”. 

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a deyib. Ekspert qeyd edib ki, subsidiyanın əvvəlcədən ödənilməsi fermerlərin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına imkan verə bilər:

“Uzun müddət ərzində kənd təsərrüfatına subsidiyalar ayrılsa da, gözəçarpan və əhəmiyyətli istehsal artımı hər zaman müşahidə olunmayıb. Kənd təsərrüfatının inkişafı üçün problemlər kompleks şəkildə həll edilməlidir. Təkcə maliyyə dəstəyi hesabına kənd təsərrüfatında istehsalı əhəmiyyətli dərəcədə artırmaq mümkün deyil. Burada elmi yanaşmaların inkişaf etdirilməsi, suvarma sistemlərinin yaxşılaşdırılması və fermerlərin digər problemlərinin həlli də vacibdir''.

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью