“Digitürk Azərbaycan”a universal platforma operatoru lisenziyası verilib

22.04.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Audiovizual Şuranın qərarı ilə “Digitürk Azərbaycan” MMC-yə universal platforma operatoru lisenziyası verilib.

Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, aprelin 21-i Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya "Digitürk Azərbaycan" MMC tərəfindən edilmiş müraciət müzakirə olunub. Sənədlərə və müvafiq şöbələrin hazırladıqları rəylərə baxışdan sonra "Digitürk Azərbaycan" MMC-yə (operator xidmət adı: "Digitürk Azərbaycan") universal platforma operatoru lisenziyasının verilməsi barədə qərar qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью