Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Dik Advokaat Kurasaо millisinin baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.
İdman.Biz xəbər verir ki, yerli futbol federasiyası 78 yaşlı niderlandlı mütəxəssisin müqaviləsini 2027-ci il avqustun 1-dək uzadılıb.
Advokaat bu ilin mayından Kurasaо yığmasına rəhbərlik edir. Onun başçılığı altında komanda tarixində ilk dəfə dünya çempionatında iştirak edib. Kurasaо mundialda Almaniyaya 1:7, Kot-d’İvuara 0:2 hesabı ilə uduzub, Ekvadorla isə 0:0 hesablı heç-heçə edib.
Qeyd edək ki, Advokaat daha əvvəl Rusiya, Niderland, Serbiya və Belçika yığmalarına, “Fənərbağça”, “Sanderlend” və PSV klublarına rəhbərlik edib.