Dik Advokatdan 78 yaşında tarixi rekord

14.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Kurasao millisinin baş məşqçisi Dik Advokat Dünya Çempionatları tarixində oyun zamanı texniki zonada yer alan ən yaşlı mütəxəssis olub.

İdman.Biz xəbər verir ki, niderlandlı məşqçi DÇ-2026-nın E qrupunda Almaniya ilə Hyustonda keçirilən qarşılaşma zamanı 78 yaş 260 günlük olub.

Advokat bununla Çexiya millisinin baş məşqçisi Miroslav Koubekin Cənubi Koreya ilə matçda müəyyənləşdirdiyi rekordu geridə qoyub.

Qeyd edək ki, 78 yaşlı mütəxəssis Kurasao millisini tarixində ilk dəfə Dünya Çempionatına çıxarıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью