Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur aktyor Leonardo DiKaprio və “Amazon” şirkətinin qurucusu, milyarder Ceff Bezos nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin xilas edilməsi layihəsinə rəhbərlik edəcək.
Axşam.az xəbər verir ki, "Variety"nin məlumatına görə, "Phoenix Species Project" adlı təşəbbüs aktyorun və biznesmenin fondları "Re:wild" və "Bezos Earth Fund" tərəfindən başladılıb. Layihə çərçivəsində 30 ölkədə yaşayan və yox olmaq təhlükəsi altında olan 100 ən nadir heyvan növünün populyasiyasının bərpası nəzərdə tutulur.
Məlumata görə, ilkin mərhələdə ayrılan 200 milyon dollar vəsait bu layihəni kritik təhlükə altında olan növlərin bərpasına həsr olunan ən böyük birdəfəlik xeyriyyə təşəbbüsünə çevirir.